Bakıda baş verən qəza sıxlığa səbəb oldu

7 Mart 2025 10:22

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb:

"Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür".

Milli.Az