Azərbaycan qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib - FOTO

7 Mart 2025 09:07

Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin "X"dəki rəsmi hesabında bildirilib.

Qeyd olunub ki, Azərbaycanda keçirilmiş COP29 iqlim fəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: "Biz Bakıda başlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-dan COP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu təmin etmək məqsədi daşıyırıq. Belemdə COP30-a doğru irəliləyərkən, bizi bu günə qədər gətirən kollektiv səylərə hörmətlə yanaşırıq və bu kritik məqamda iqlim danışıqlarının növbəti mərhələsinə rəhbərlik üçün Braziliya rəhbərliyini dəstəkləməyə hazırıq".

Milli.Az