“Makron kimilərinin arzusu reallaşmayacaq” - Putin

7 Mart 2025 08:53

Bir neçə gün öncə Fransa Prezidenti Emanuel Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putin fransalı həmkarına cavab verib.

Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib: "Hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlər var, bunun necə bitdiyini unudublar".

Ölkə başçısı Makron kimilərinin istəyinin reallaşmayacağını nəzərə çatdırıb.

Milli.Az