ABŞ Prezidenti Donald TrampABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna sülh sazişi ilə razılaşmalı olacaq, çünki onun başqa seçimi yoxdur.
Milli.Az xəbər verir ki, amerikalı lider bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
"Ukrayna sövdələşmə bağlamaq istəyir, çünki onların seçiminin olmadığını düşünürəm", - Tramp qeyd edib.
Onun sözlərinə görə, Rusiya da sazişə imza atmaq istəyir. /APA
Milli.Az