“10 minə kostyum alıram, toya neçəyə gəlim?” - VİDEO

7 Mart 2025 07:59

Müğənni Kəmalə Nəsibova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Rəngarəng"də qonaq olan ifaçı toy qiymətindən danışıb.

O bildirib ki, toya bahalı geyimlər alır, ona görə də aşağı qiymət deyə bilmir: "Məni toya dəvət edirlər, deyirəm 3 min manata gəlirəm.

Deyir ki, "baha gəlirsiniz", deyirəm ki, neçəyə gəlim bəs, vizajistə 500 manat verirəm, 10 min manata kostyum alıram. Məsələn, indi efirə geyindiyimi də dünən almışam. Son kolleksiyadır, çox bahalıdır. Mən bahalı olmasam, o bahalını geyinə bilmərəm". (Bizim.Media)

Milli.Az