Mask 111 milyard dollar itirdi - günahkar Trampdır

7 Mart 2025 07:51

Amerikalı sahibkar, "Tesla" və "Space X" şirkətlərinin sahibi İlon Maskın sərvəti ötən ilin dekabrın 17-dən indiyədək 110,8 milyard dollar azalaraq 353,2 milyarda düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azalmaya səbəb "Tesla" səhmlərinin ucuzlaşmasıdır.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda "Tesla"nın səhmləri 15% ucuzlaşıb, nəticədə Mask bir gündə 1,5 milyard dollar itirib.

"Forbes" yazır ki, Maskın şirkəti ABŞ-nin tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin "Tesla" elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır.

Milli.Az