Rusiyada hərbi və mülki avtobuslar toqquşdu - ölənlər var

7 Mart 2025 00:26

Rusiyanın Belqorod vilayətində hərbi və mülki avtobusların toqquşması nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, ölənlər arasında hərbçilər yoxdu.

Bildirilib ki, hadisə yerində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Milli.Az