Goranboyda 16 yaşlı qız dəm qazından zəhərləndi

6 Mart 2025 23:57

Goranboyda 16 yaşlı qız dəm qazından zəhərlənib.

Milli.Az-ın məlumatına görə, hadisə Əhmədbəyli kəndində baş verib. 2009-cu il təvəllüdlü rayon sakini Qasımova Fidan Ramil qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanalıq olub. Həkimlərin çevik müdaxiləsi sayəsində zəhərlənən qızın durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır. (Unikal)

Milli.Az