Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

6 Mart 2025 19:01

Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.

O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

T. Əlizadə atasının sabah Türkiyədə dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.

Milli.Az