Bakı metrosunda problem yarandı

6 Mart 2025 18:35

Metronun "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə "BakıMetropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

"Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - qurumdan vurğulanıb.

Milli.Az