Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

6 Mart 2025 20:00

Fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

Milli.Az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, "Açıköğretim" təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 166, Ukraynadan 158, Türkiyə Respublikasından 148, Belarus Respublikasından 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan 18, Macarıstan dan 12, Amerika Birləşmiş Ştatlarından 6, Polşa Respublikasından 6, Qırğız Respublikasından 4, İsveç Krallığından 3, Niderland Krallığından 3, Pakistan İslam Respublikasından 3, İspaniya Krallığından 2, İtaliya Respublikasından 2, Malayziyadan 2, Mərakeş Krallığından 2, Tacikistan Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, Belçika Krallığından 1, Cənubi Afrika Respublikasından 1, Çin Xalq Respublikasından 1, Fransa Respublikasından 1, İsveçrə Konfederasiyasından 1, Kanadadan 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Nigeriya Federativ Respublikasından 1, Özbəkistan Respublikasından 1, Qazaxıstan Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət qeydə alınmışdır.

Milli.Az