Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

6 Mart 2025 21:28

Tovuzda doğuş zamanı körpə ölümü baş verib.

Milli.Az xəbər verir ki, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

Bildirilib ki, martın 5-i saat 2 radələrində Gədəbəy rayon sakini, 23 yaşlı Səmayə Əjdər qızı Abbasova doğuş üçün xəstəxanaya gətirilib, doğuş zamanı körpə ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Gəncədə də doğuş zamanı ana və körpəsi ölüb.(Oxu.Az)

Milli.Az