Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

6 Mart 2025 19:20

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

İclasda uçot dərəcəsi 2,5 faiz bəndi azaldılaraq 45%-dən 42,5%-ə endirilib.

Bununla da TMB son aylar 3-cü dəfə uçot dərəcəsini ardıcıl olaraq azaldıb.(Axar.az)

Milli.Az