“Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutub - FOTOlar

6 Mart 2025 16:34

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Yeni adlar"  layihəsi çərçivəsində konsert baş tutub.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Asim Rzazadə (klarnet), Rəşad Abdullayev (fleyta) və Əli Adıgözəlov (piano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda  C.M.Weber klarnet və orkestr üçün 1 saylı konsert f-moll (op. 73), C.Reinecke fleyta və orkestr üçün konsert D-dur (op. 283), S.Prokofyev piano və orkestr üçün 1 saylı konsert Des-dur (op. 1) səslənib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, "Yeni adlar" müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə gənc istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az