"YouTube" bu saytların reklamını qadağan edir - QAYDA

6 Mart 2025 19:54

"YouTube" onlayn qumar saytlarının təbliğatını məhdudlaşdıran yeni qaydalar tətbiq edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, platforma "Google" tərəfindən təsdiqlənməmiş qumar xidmətlərinin adının çəkilməsini, loqoların nümayişini və linklərin paylaşılmasını qadağan edir.

Şirkət bu addımın xüsusilə gənc izləyiciləri qorumaq üçün vacib olduğunu vurğulayıb.

Bununla belə, yeni qaydalar idman mərc saytlarını əhatə etmir. ESPN BET kimi idman mərc platformalarının sponsorluq müqavilələri təhlükəsiz qalır. "YouTube" eyni zamanda, qumarla bağlı bütün məzmunu yaş məhdudiyyəti ilə məhdudlaşdıracaq və istifadəçilərin yaşını süni intellekt vasitəsilə qiymətləndirəcək.

Qeyd edək ki, "Twitch" və "X" platformaları da oxşar məhdudiyyətlər tətbiq edib, lakin bəzi şirkətlər bu qaydaları aşmaq üçün alternativ yollar axtarmağa davam edirlər.

Fidan
Milli.Az