Azərbaycana PUA ilə narkotik vasitələr keçirmək istədilər

6 Mart 2025 14:49

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Milli.Az-a DSX-dən bildirilib.

Bildirilib ki, mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az