Reabilitasiya mərkəzində YANĞIN - VİDEO

6 Mart 2025 14:09

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə Milli.Az-a FHN-dən məlumat vüerilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

"Yanğın nəticəsində ümumi sahəsi 540kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb. Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb", - məlumatda qeyd edilib.

Milli.Az