Millimiz hansı səbətdə olacaq?

6 Mart 2025 12:35

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Milli.Az xəbər verir ki, tədbir martın 11-də baş tutacaq.

Mundialda mübarizə aparacaq 32 komanda 4 səbətə bölünüb. Yarışın favoritlərindən sayılan ev sahibi Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;
2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;
3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;
4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasiminin yeri və başlama vaxtı hələ dəqiqləşməyib.

Milli.Az