Burak Özçivitin erməni qadınla FOTOsu müzakirələrə səbəb oldu

6 Mart 2025 14:15

Erməni makiyaj ustası Diana Mkrtçyanın Türkiyənin məşhur aktyoru Burak Özçivitlə yeni şəkili sosial şəbəkələrdə sensassiya ilə qarşılanıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Diana Mkrtçyan fotonu "Bir skandal foto daha paylaşacağam" başlığı ilə paylaşıb.

Görünür, o, əvvəldən nə qədər böyük reaksiya veriləcəyini bilib, çünki bundan bir neçə gün əvvəl o, Özçivitlə çəkilən bulanıq bir foto paylaşıb və minlərlə şərh alıb - heyranlıqdan tutmuş açıq-aşkar aqressiv şərhlərə qədər. 

"Utanmırsınız?!, "Yanında kim olduğunu unutma!", "Bir erməni ilə türk nə iş görür?!" - bu kimi ittihamlar qıza ilk fotodan sonra ünvanlanıb. Lakin Diana görünür, bunlara əhəmiyyət verməyib - bir neçə gün sonra daha aydın bir şəkil paylaşıb. 

Cavab olaraq isə yeni hisslər təlatümü başlayıb. Tənqidçilər yenə də qızın milliyyətinə işarə edərək, onu "xəyanət"də suçlayıblar. Ancaq Diana açıq-aydın bu hücumlara hazır olub.

Həm də bütün insanlar qəzəblənməyi dəstəkləməyiblər. Bir çox izləyicisi qızı müdafiə edərək, "İncəsənətdə millət yoxdur", - yazıb və aktyorla olan şəkilin sadəcə bir xatirə anı olduğunu, nifrət üçün bir səbəb olmadığını bildiriblər.(Lent.az )

Milli.Az