35 yaşlı memar meşədə yaralı tapıldı - 4 gün sonra... - VİDEO

6 Mart 2025 12:25

İstanbuldakı rəfiqəsinə Belqrad meşəsinə getdiyini dedikdən sonra 4 gündür xəbər alınmayan 35 yaşlı memar Ece Gürel sağ tapılıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, axtarış-xilasetmə qrupları tərəfindən meşədə axar su kənarında yatarkən tapılan Gürel yüngül yaralı olub və ilkin tibbi yardımdan sonra Seyrantepe Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Soyuq hava şəraitindən təsirləndiyi bildirilən Gürelin səhhətinin stabil olduğu və donma riskini minimuma endirmək üçün xüsusi müalicə tətbiq edildiyi bildirilib. Həkimlərin məlumatına görə, Gürel bir müddət daha xəstəxanada müalicəsini davam etdirəcək.

Hadisə ilə bağlı yayımlanan xəbərlərdə, axtarış-xilasetmə qruplarının Ece Güreli tapdığı anlara aid görüntülər yer alıb.

Fidan
Milli.Az