Mərkəzdə zəncirvari QƏZA - FOTO

6 Mart 2025 09:09

Bu gün səhər saatlarında Bakının mərkəzində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsində bir "Toyota Prius" və iki "Hyundai" markalı avtomobillər bir-birinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.

Milli.Az