Məşhur iş adamının ad günü hədiyyəsi gündəm oldu - FOTO

6 Mart 2025 08:53

Türkiyəli iş adamı Ali Ağaoğlunun özünə aldığı ad günü hədiyyəsi heyrət doğurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, lüks avtomobillərə olan marağı ilə tanınan Ağaoğlu yeni yaşının şərəfinə özünə 1 milyon 900 min avro dəyərində lüks avtomobil hədiyyə edib.

Ağaoğlunun yeni avtomobili "kral maşını" kimi tanınan markaya məxsusdur. Ağaoğlu sözügedən markanın SUV modelini özünə alıb. İş adamının qarajında ​​eyni markalı başqa avtomobilləri də var.

Milli.Az