Çinlə müharibə istəmirik, ancaq... - Pentaqon

6 Mart 2025 08:19

Çinlə müharibə istəmirik və buna can atmırıq. Çalışacağıq, prezident də çalışır ki, sülh olsun.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.

"Sülh arzusunda olanlar müharibəyə hazırlaşmalıdırlar. Buna görə də biz ordumuzu gücləndiririk. Döyüş ruhu onunla bağlıdır ki, biz çox fərqli ideologiyaları olan güclü, yüksələn ölkələrlə təhlükəli bir dünyada yaşayırıq", - P.Heqset qeyd edib.

Milli.Az