Zelenski xoş xəbər anonsu - "tezliklə biləcəksiniz"

6 Mart 2025 08:03

Ukrayna və ABŞ nümayəndələri iclas çağırmaq üzərində işlərə başlayıblar.

Milli.Az -a xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciəti zamanı deyib.

"Bu gün Ukrayna və ABŞ komandaları toplantı təşkil etmək üzrə işlərə başladılar. Andrey Yermak və Mayk Uolts arasında telefon danışığı oldu, müsbət irəliləyiş var. Növbəti həftə ilk nəticələri görəcəyik", - Ukrayna prezidenti qeyd edib.

O, həmçinin martın 6-da Brüsseldə keçiriləcək Avropa Birliyi ölkələrinin növbədənkənar sammitində iştirak edəcəyini də vurğulayıb.

"Diplomatik hadisələrin nə qədər sürətlə inkişaf etdiyini hər kəs görür", - deyə əlavə edib. (Globalinfo.az)

Milli.Az