Beşinci mərtəbədən yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb.
Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 4 mart saat 16:50 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, beyin silkələnməsi diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Milli.Az