"Səhnələrimə Kənanın ifasını dinləyib hazırlaşırdım" - "Ezel"in ulduzu

6 Mart 2025 06:33

"Ezel" serialındakı "Ramiz Karaeski" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Ufuk Bayraktar Azərbaycana gəlib.

Milli.Az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi ölkəmizə "Dayı: Bir Adamın Hikayesi 2" filminin qala gecəsi üçün təşrif buyurduğunu bildirib. O, milli mətbəximizi bəyəndiyini açıqlayıb:

"Azərbaycana bu gün gəldik. Sabah gəzməyə vaxtımız çox olacaq. Mətbəxinizdəki yeməklərin dadına baxdıq. Hər biri çox gözəldir".

Ufuk Bayraktar Azərbaycandan tanıdığı məşhurlardan da danışıb:

"Mən "Çırpınırdı Qara dəniz" mahnısını ifa edən bacımız Azərini çox sevirəm. Bir də sevdiyim bir uşaq var. Prezindent İlham Əliyevin qarşısında çıxış edən Kənan Bayramovu ( Əməkdar artist Təyyar Bayramovun oğlu) çox sevirəm. Çəkilişlərdə səhnələrimə Kənanın ifasını dinləyib hazırlaşırdım". (Axşam.az)

Milli.Az