Durov yenidən ata olacaq?

6 Mart 2025 00:41

"Telegram"ın yaradıcısı Pavel Durovun sevgilisinin hamilə olması iddia olunur.

Milli.Az xəbər verir ki, 24 yaşlı Yuliya Vavilovanın yenidən milyarderdən uşaq gözlədiyi ilə bağlı şayiələr onun yeni görüntüləri ilə alovlanıb.

Sosial şəbəkədə Vavilova ilə yayımlanan bir video yayılıb. Həmin görüntülərdə Yuliya kreslosundan ayağa qalxır və onun yuvarlaq qarnını üzə çıxıb.

Nə o, nə də Durov hələ valideyn olmağa hazırlaşdıqları barədə nəşrləri şərh etməyiblər.

Qeyd edək ki, internetdə bloger və kripto investoru adlandırılan rus əsilli Y. Vavilova 40 yaşlı Durovdan artıq hamilə olub, lakin uşağı itirib. Bu, sözügedən messencerin yerli hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməsi səbəbindən 2024-cü ilin avqustunda milyarderlə birlikdə Fransada saxlanılanda məlum olub. Bir ay sonra Vavilova sosial şəbəkədə bildirib ki, 10 həftəlik hamiləlikdə stress səbəbi ilə o körpəsini itirib. Durov hazırda istintaq çərçivəsində səyahət qadağası altında Fransadadır. Vavilova dəbdəbəli həyatın atributlarını nümayiş etdirərək Parisdə onunla qalır. (olay)

Milli.Az