Xırdalan istiqamətindəki sıxlığın səbəbi açıqlandı - VİDEO

5 Mart 2025 23:32

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında minik avtomobillərindən birinin sürücüsünün halı pisləşib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal ona zəruri yardım edilir.  

Bildirilib ki, hazırda bu səbəbdən "Xırdalan" dairəsi istiqamətində sıxlıq yaranıb.

Milli.Az