ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının Konqres tərəfindən təsdiqlənmiş milyardlarla dollarlıq xarici yardımı dondurmaq tələbini rədd edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, qərara əsasən, Tramp administrasiyası məhkəmənin qərarına əməl etməli və tamamlanmış işlər üçün qeyri-kommersiya yardım qruplarını təxminən 2 milyard dollar xarici yardımla (USAİD-in podratçılara ayırdığı vəsait - red.) təmin etməlidir.
Məhkəmə maliyyənin vaxtını açıqlamayıb, bu isə Ağ Evə məsələni aşağı məhkəmələrdə mübahisələndirməyə imkan verəcək. Qərar 5 səs lehinə, 4 səs əleyhinə olmaqla qəbul edilib.
Milli.Az