Bu yola daxil olsanız cərimə ediləcəksiniz... - VİDEO

5 Mart 2025 23:48

Bu gündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət köhnə "Cavanşir körpüsü" kimi tanınan ərazidən gedir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi əməkdaşları həmin ərazidə təhlillər aparıb sıxlığın qarşısını almaq məqsədilə dəyişikliyin edilməsi ilə bağlı qərar veriblər.

Bundan sonra həmin yolda hərəkət edən sürücülər düzünə Nizami küçəsinə yönələcəklər. Bəs sözügedən ərazidə yaşayanlar necə?

Qeyd edək ki, qaydalara əməl etməyən sürücülər ərazidə xidmət aparan yol polis əməkdaşları və yaxud da xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nişanın tələbini pozma maddəsi ilə 40 manat məbləğində cərimə ediləcəklər.

Daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az