Gəncədə ağır qəza: Yaralı var - FOTO

5 Mart 2025 21:07

Gəncədə yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, Azər Şirinovun idarə etdiyi "Hundai" markalı avtomobil Həsrət Mehdiyevin idarə etdiyi  "VAZ 2107" ilə toqquşub.

İlkin məlumata görə, qəzada "VAZ" markalı avtomobildə olan 26 yaşlı Sadiq Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Milli.Az