Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti keçirilib - FOTO

5 Mart 2025 20:54

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti keçirilib. 

Öncəliklə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının idea müəllifi və bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov çıxış edərək tamaşaçıları bu festivalla bağlı məlumatlandırıb və onlara öz təşəkkürünü bildirib.

Daha sonra Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının (baletmeyster Sənan Cavadov) müşayiəti ilə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət mahnı və rəqs ansamblı (baletmeyster Əməkdar artist Ceyhun Qubadov) və solistlər - Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Sevinc Sarıyeva, Samir Məmmədov, Xəyal Əliyev, Sahil Quliyev (tar), Zəminə Mustafayeva, Azər Verdiyev, Şirxan Cahangirov,  Anar Quliyev, Rövşən Məmmədov, Mehparə Cəfərova dinləyicilər qarşısında çıxış edib.

Konsertdə Azərbaycan bəstəkar, xalq mahnı və rəqsləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az