Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır

5 Mart 2025 17:17

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti 2 aylıq məhdudlaşdırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb yolda quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılmasıdır.

Buna görə də yolda martın 6-sından başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Milli.Az