Qrip şikayəti ilə həkimi getdi, burnundan diş çıxdı - FOTO

5 Mart 2025 16:16

22 yaşlı gənc uzun müddətdir davam edən burun axıntısından şikayətlənərək həkimlərə müraciət edib.

Milli.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, Moskva vilayətinin Dıqoprudnensk xəstəxanasına gedən gənc burun problemlərinin müalicə olunmaması səbəbilə narahat olduğunu bildirib. Həkimlər müayinə edərkən onun burun boşluğunda qeyri-adi sümük aşkar ediblər. Gənc dərhal əməliyyata göndərilib.

Əməliyyat zamanı otolarinqoloqlar burun boşluğunda uzun müddət gizlənmiş süd dişi tapıblar. Həkimlər bildirib ki, diş uzun müddətdir ki, burunda olub.

Xəstə əməliyyatdan sonra bir neçə gün xəstəxanada nəzarətdə saxlanılıb və sonradan evə buraxılıb.

İsmayıl
Milli.Az