Meqan Markl soyadını dəyişdi

5 Mart 2025 16:48

Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl soyadını dəyişdirərək Sasseks edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, o bu məlumatı "Netflix"də yayımlanan "Love, Megan" verilişinin ikinci bölümündə açıqlayıb.

Amerikalı teleaparıcı Mindi Kalinq onu Markl soyadı ilə çağırdığı zaman Meqan buna düzəliş edib: "Markl deməyə davam etməyiniz çox gülməlidir. Sasseks bir ailə olaraq ortaq adımızdır və uşaq sahibi olana qədər bunun mənim üçün nə qədər mənalı olacağını başa düşməmişdim. Archie, Lili, Harri və mənim birlikdə sahib olduğumuz hər şeyi sevirəm. Bu mənim üçün çox şey deməkdir".

Meqan bildirib ki, eyni soyadı paylaşmaq Harriyə olan sevgisini gücləndirəcək.

Qeyd edək ki, Meqan və Harri 2018-ci ildə ailə həyatı qurublar.

Milli.Az