Qadın qonaq gəldiyi ata evində qəfil öldü

5 Mart 2025 13:47

Masallıda 41 yaşlı qadın qonaq gəldiyi ata evində ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü Şəlalə Məhərrəmli qonaq gəldiyi atası Bəhrəm Məlikovun evində olan zaman qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az