Türkiyənin reytinqli yarışma proqramı "Survivor" Radio Televiziya Üst Şurasının (RTÜK) tətbiq etdiyi cəzalardan payını alıb və proqramda yayımlanan müzakirələr və şiddət görüntüləri səbəbindən 17 milyon 852 min 40 TL cərimə kəsilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, qərarda "real həyatda olduğundan daha çox şiddətin olduğu" ifadəsi yer alıb. Medya məzmununda tamaşaçılar döyüş, qətl, intihar, soyğunçuluq, təcavüz, cinsi təcavüz və işgəncə kimi müxtəlif şiddət hadisələrinin yayıldığı bildirilir. Bu vəziyyətin gündəlik həyatda zorakılıq hadisələrinin və zorakı davranışların artmasında təsirli olduğu da vurğulanıb.
RTÜK qanunda TV8-ə 2024-cü ilin dekabrında kanalın ümumi gəlirinin 3%-i qədər cərimə tətbiq edilib. Bu, təxminən 595 milyon 67 min 983 lirənin 3%-i qədərdir.
Proqramda yayımlanan bəzi zorakılıq görüntüləri xüsusən 16 və 18 yanvar tarixlərində yayımlanan bölümlərdə iştirakçıların bir-birinə yönələn təhdidkar ifadələrini və zorakılıq hərəkətlərini əhatə edir.
Fidan
Milli.Az