Çeçenistanda üç günlük matəm elan edib.
Milli.Az Qroznı-İnforma istinadla xəbər verir ki, Çeçenistanda respublika rəhbəri Ramzan Kadırovun sərəncamı ilə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saitiyevin vəfatı ilə əlaqədar martın 3-dən 5-dək matəm elan edilib.
Əyləncə tədbirləri ləğv edilib, dövlət qurumlarında bayraqlar endirilib.
Güləş üzrə üçqat olimpiya çempionu, Dövlət Dumasının keçmiş deputatı Buvaysar Sayiyevin cənazəsi artıq Qroznıya çatdırılıb, Xasavyurtda dəfn olunacaq.
Qeyd edək ki, Saitiev martın 2-də 50 yaşında vəfat edib.
Fidan
Milli.Az