Nevin Torun İstanbul Ailə Məhkəməsinə müraciət edərək 24 illik həyat yoldaşı Cenk Toruna boşanma davası açıb.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nevin Torunun iddiasına görə həyat yoldaşı "Esaret" serialındakı tərəf müqabili mərakeşli Mahassine Merabet ilə onu aldadırmış.
O, Cenk Torunun və Merabetin çəkilişlərdə tez-tez yaxınlıq etdiklərini, bundan narahat olduğunu, amma menecerinin bunu nəzərə almadığını qeyd edib. Həmçinin, Cenk Torunun serial çəkilişlərinə gətirdiyi çantasından cinsi qüvvət artırıcı dərman tapdığını, bu dərmanın prostat böyüməsini qarşısını almaq üçün istifadə edildiyini söylədiyini bildirib. Nevin Torun həyat yoldaşının Merabete qiymətli hədiyyələr aldığını və aralarında cinsi əlaqə ola biləcəyindən şübhələndiyini ifadə edib. Həmçinin, serialda rol alan Züleyha Hamza və rejissor assistenti Arya Çevik də, Cenk Torun ilə Mahassine Merabetin çəkiliş meydanında yaxın münasibət içində olduqlarını təsdiqləyiblər.
Məhkəməyə təqdim edilən ərizədə Nevin Torun özü və oğlu üçün 300 min lira aliment tələb edib, maddi və mənəvi olaraq isə 40 milyon lira təzminat istəyib.
Cenk Torun isə vəkili vasitəsilə etdiyi açıqlamada boşanma işindəki zina ittihamlarının əsassız olduğunu və məhkəməyə dəlilləri ilə cavab verəcəklərini bildirib.
İsmayıl
Milli.Az