"4 ay zirzəmidə tək yaşadım, ciddi psixoloji çətinliklərim oldu" - VİDEO

6 Mart 2025 12:55

Müğənni Əbdül Xalid "Maqazin Plus" verilişində Həmzə Məmmədliyə verdiyi müsahibədə həyatını sonlandırmağa cəhd etdiyini etiraf edib.

Milli.Az bildirir ki, o, Tovuza köçdükdən sonra dörd ay zirzəmidə tək yaşadığını və bu müddətdə ciddi psixoloji çətinliklərlə üzləşdiyini bildirib.

Sənətçi yaşadığı depresiyanı və çətin günlərini açıq şəkildə bölüşərək, bu vəziyyətdən çıxmağın yollarını axtardığını vurğulayıb.

Milli.Az