“ABŞ Marsda öz bayrağını qaldıracaq”

5 Mart 2025 14:44

"ABŞ gələcəkdə Marsda öz bayrağını qaldıracaq".

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb. 

Onun sözlərinə görə, ABŞ kosmosun tədqiqində lider ölkə olacaq: "Biz elmin sərhədsiz üfüqlərini fəth edəcəyik və Amerika bayrağını Mars planetində, hətta onun hüdudlarından çox uzaqlarda qaldıracağıq".

Xatırladaq ki, amerikalı biznesmen, "SpaceX" şirkətinin təsisçisi İlon Mask 2024-cü ilin sentyabrında iki ildən sonra Marsa kosmik gəmi göndərmək planları barədə danışıb. Bildirilib ki, kosmik gəmilərin göndərilməsində məqsəd planetə enişin təhlükəsizliyini yoxlamaq olacaq.

Milli.Az