Qaraciyər insan orqanizminin ən vacib orqanlarından biridir və onu qorumaq üçün düzgün qidalanma vacibdir.
Milli.Az xəbər verir ki, mütəxəssislər qaraciyəri təmizləyən, bərpa edən və sağlamlığını qoruyan bəzi qidaların siyahısını təqdim edir:
Yaşıl yarpaqlı tərəvəzlər - İspanaq, kahı və brokoli qaraciyəri toksinlərdən təmizləməyə kömək edir.
Sarımsaq - Qaraciyərin ferment istehsalını artıraraq, zərərli maddələrin bədəndən atılmasını sürətləndirir.
Zeytun yağı - Qaraciyəri yağlanmadan qoruyur və sağlamlığını dəstəkləyir.
Qırmızı çuğundur - Qan dövranını yaxşılaşdırır və qaraciyəri detoksifikasiya prosesində dəstəkləyir.
Qoz və badam - Tərkibində olan omeqa-3 yağ turşuları qaraciyəri yağlanmadan qoruyur və onun funksiyasını yaxşılaşdırır.
Zəncəfil və sarıkök - Güclü iltihabəleyhinə təsir göstərir və qaraciyərin təmizlənməsinə kömək edir.
Yaşıl çay - Antioksidantlarla zəngindir və qaraciyəri sərbəst radikallardan qoruyur.
Mütəxəssislər qaraciyərin sağlamlığını qorumaq üçün spirtli içkilərdən uzaq durmağı, şəkər və yağlı qidalardan imtina etməyi tövsiyə edirlər. Sağlam qidalanma qaraciyərin funksiyasını gücləndirir və uzunmüddətli sağlamlıq üçün vacibdir.
Milli.Az