Hülya Avşar müxbirlərə əsəbləşdi – “Mənə evlilik təklif etmişdin” - VİDEO

5 Mart 2025 20:51

Məşhur aktrisa Hülya Avşar və onu lentə alan müxbir arasında gərgin anlar yaşanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, hadisə aktrisanın itini gəzdirdiyi zaman baş verib. Müxbirin "Sən 18 yaşlı qızlara bənzəyirsən" deməsi Avşarı əsəbiləşdirib.

Avşar müxbirin suallarına sərt reaksiya verərək "Sənin kimi "toy" jurnalistlərlə danışmaq istəmirəm" deyib. Müxbir isə gözlənilməz bir cavab verərək "Hülya xanım, keçən il mənə evlilik təklif etmişdiniz" sözlərini işlədib.

Müxbirin sözləri aktrisanı daha da qəzəbləndirib və o  ərazidən uzaqlaşıb.

Məşhur aktrisanın reaksiyası və müxbirin cavabı sosial mediada geniş müzakirələrə səbəb olub.

Həmin anları təqdim edirik:

Milli.Az