Astarada faciə: Qəssabların davası FACİƏ ilə bitdi

5 Mart 2025 01:10

Astarada qəssablar arasında yaranan mübahisə qanla bitib.

Milli.Az Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

52 yaşlı Elsevər Tağıyevin 41 yaşlı Fərrux Axundovu bıçaqladığı bildirilir.

"Qardaşım zəng edib dedi ki, iş yerimə gəl, məni vurublar. Gedəndə gördüm ki, qardaşım qan içindədir. 3-4 gün əvvəl həmin adamın gecə vaxtı bizim həyətdə qardaşımın pəncərəsinin yanında olduğunu görmüşdük. Soruşanda demişdi ki, telefonu yoxdur, saat-filan bilmir, ona görə gəlib", − xəsarət alanın bacısı Mərcan Axundova hadisə barədə danışarkən söyləyib.

Milli.Az