Rövşən Vəliyev vəfat etdi

4 Mart 2025 23:17

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün həbsxanada dünyasını dəyişib.

Mərhum bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.

Milli.Az