Gəncədə 17 yaşlı qız dəm qazından öldü

4 Mart 2025 21:37

Gəncə şəhərində 2008-ci il təvəllüdlü E.Mahmudova dəm qazından boğularaq ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə 17 yaşlı yeniyetmənin yaşadığı evin hamamında baş verib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az