Acun tutula bilər - Səbəb

4 Mart 2025 20:35

İstanbul Respublika Baş Prokurorluğunun Kibercinayətlər üzrə İstintaq Bürosu qanunsuz mərc oyunu ittihamı ilə bağlı apardığı istintaq çərçivəsində iş adamı Acun İlıcalı və digər şəxslər barəsində iddianamə hazırlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  iddianamədə TV8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı virtual reklam üsulları ilə qanunsuz mərc saytlarının təbliğ edildiyi bildirilib.

Bu çərçivədə İlıcalının şübhəli olaraq yer aldığı və 1 ildən 3 ilə qədər həbs cəzası istənildiyi bildirilib.

Qeyd edilir ki, iş adamı "Şəxsləri qeyri-qanuni mərcə təşviq etmək" maddəsi üzrə təqsirli bilinə bilər.

Milli.Az