Ermənistanda "zapravka"da partlayış - yaralananlar var

4 Mart 2025 19:33

Ermənistanın Ararat vilayətinin Ayqavan kəndində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, içərisində maye qaz olan çən partlayıb.

Milli.Az