Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, günün ilk matçı Tovuzda baş tutub.
"Turan Tovuz" avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan "Zirə"ni qəbul edib və rəqibinə 0:2 hesabı ilə uduzub.
Digər oyun isə "Sabah"la "Araz-Naxçıvan" arasında keçiriləcək.
Daha öncə "Səbail" evdə "Şamaxı"ya, "Sumqayıt" isə "Qarabağ"a oxşar hesabla (0:2) məğlub olub. "Kəpəz" - "Neftçi" matçı sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
25-ci tur
4 mart
"Turan Tovuz" - "Zirə" 0:2
Qollar: Qismət Alıyev, 5-pen. İssa Cibrilla, 56.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Tovuz şəhər stadionu, 17:30.
Milli.Az