Kikboksçumuza ağır CƏZA: 48 ay...

4 Mart 2025 19:12

Azərbaycan kikboksçusu Elşad Şahbazov 48 aylıq diskvalifikasiya olunub.

Milli.Az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğunun aşkarlanması səbəb olub.

E.Şahbazova qarşı tətbiq olunan sanksiyanın qüvvəyə minmə tarixi 2023-cü il oktyabrın 25-i göstərilib. Diskvalifikasiyanın müddəti 2027-ci il oktyabrın 25-də bitəcək.

Milli.Az